Zəlzələ: Türkiyə millisinin iki voleybolçusu vəfat edib

10:11 8 Fevral 2023

Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində dünyasını dəyişib.

 

Sportarena.az "TRT Spor"a istinadən xəbər verir ki, Mehmet Can Ağırbaş və Emincan Kocabaş vəfat edib.

 

Kocabaş və Ağırbaş "Malatya Büyükşehir Belediyespor"un formasını geyinib.

 

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.


Digər xəbərlər

Xəbər xətti