Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində (KONKAKAF) ötən ilin ən yaxşı futbolçusunu elan edib.
Sportarena.az xəbər verir ki, qurum Kanada millisinin futbolçusu Alfonso Deyvisi fərqləndirib. “Bayern”in sol cinah müdafiəçisi səsvermə zamanı bütün rəqiblərini qabaqlayıb.
KONKAKAF-da ilin ən yaxşı gənc futbolçusu adına isə ABŞ yığmasının və “Valensiya”nın 21 yaşlı yarımmüdafiəçisi Yunus Musa layiq görülüb.