Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Türkiyə və Suriyadakı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Sportarena.az xəbər verir ki, Qayıbov bu barədə qurumun rəsmi saytındakı qeydində bildirib:
“İl müsbət ruhda başlasa da, Türkiyə və Suriyada baş verən son faciəli zəlzələlər bizə nə qədər həssas olduğumuzu bir daha göstərir”.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.