Paris prokurorluğu PSJ klubu və onun prezidenti Nasser Əl-Xələfi barədə ilkin araşdırma başladıb.
Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ötən ilin dekabrında Əl-Xələfinin keçmiş müşaviri Hişam Buahiloyun şikayəti olub.
O bildirib ki, uzun müddət paytaxt təmsilçisində çalışsa da, maaşını “Smash” tennis akademiyası ödəyib. Lakin onun həmin akademiya ilə heç bir əlaqəsi olmayıb.
İstintaq klubun ofisinin yerləşdiyi Parisin 16-cı dairəsinin polis şöbəsinə həvalə edilib.