"Nəriman üzərində qələbə mənə hava-su kimi lazımdır" - Qazaxıstan idmançısı

15:52 8 Fevral 2023

"Özümü qalib kimi hiss edirəm. Hər şeyə acam. Bu qələbə mənə hava-su kimi lazımdır".

 

Sportarena.az xəbər verir ki, bunu Qazaxıstanın yüngül çəkidə MMA idmançısı Fanil Rafikov Nəriman Abbasovla keçirəcəyi döyüş barədə "sports.ru" saytına açıqlamasında deyib.

 

O, Azərbaycan təmsilçisinin güclü idmançı olduğunu bildirib:

"Belə olmasaydı, "Fight Night"da bir neçə dəfə titulunu qorumazdı. Ən pis versiyaya belə, hazır olacağam. Görüş beş raunddan ibarət olacaq, bütün tamaşaçıları sevindirəcəyik. Bu, ölkəmizdə maksimum diqqətə layiq döyüşdür".

 

Qeyd edək ki, Nəriman Abbasovla Fanil Rafikov arasında döyüş martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti