“Milan” klubu hücumçusu Olivye Jirunun agenti ilə görüş təyin edib.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun sözləşməsinin uzadılmasını müzakirə etmək istəyir.
Fransalı futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, qış transfer pəncərəsi zamanı “Everton”a keçməkdən imtina edib.
Jiru bu mövsüm “Milan”ın heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.