Avropa klublarının son 5 ildəki transfer gəlirləri və itkiləri açıqlanıb

18:51 8 Fevral 2023

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropa klublarının son 5 ildəki transfer gəlirləri və itkilərini açıqlayıb.

 

Sportarena.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, sorğu ən yüksək ticarət həcminə malik 100 komanda arasında keçirilib.

 

Siyahıya 369 milyon avro xalis gəlirlə Portuqaliya "Benfika"sı başçılıq edir. Lissabon təmsilçisini Fransanın "Lill" (308 milyon), Niderlandın "Ayaks" (292 milyon), Avstriyanın "Zaltsburq" (287 milyon) və Portuqaliyanın "Sportinq" (268 milyon) klubları izləyir.

 

Ən zəif göstərici isə İngiltərənin "Çelsi" komandasına məxsusdur. "Zadəganlar" son 5 ildə transferlərə görə 749 milyon avro itirib. İkinci, üçüncü, dördüncü və beşinci pillələrdə də İngiltərə təmsilçiləri qərarlaşıb: "Mançester Yunayted" (-670 milyon), "Arsenal" (-544 milyon), "Tottenhem" (477 milyon) və "Vest Hem" (435 milyon).


Digər xəbərlər

Xəbər xətti