Azərbaycanın 16 cüdoçusu Parisdə təlim-məşq toplanışında iştirak edir

19:15 8 Fevral 2023

Azərbaycan cüdoçuları fevralın 6-da Fransanın paytaxtı Parisdə start götürən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

 

Sportarena.az xəbər verir ki, 4 gün davam edəcək hazırlıq prosesinə yığmanın 16 üzvü qatılıb.

 

Bunlar Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq.), Nurlan Osmanov, Hidayət Heydətov (73 kq.), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq.), Zelim Kotsoyev (100 kq.), Uşanqi Kokauri və Camal Qamzatxanovdur (+100 kq.).

 

Cüdoçulara performans direktoru Mark van der Ham və millinin böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.

 

Təlim-məşq toplanışı qarşıdan gələn iri miqraslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.


Digər xəbərlər

Xəbər xətti