Azərbaycan Basketbol Liqası: XVII turun açılış oyunu sükutla başlayıb

21:53 8 Fevral 2023

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, açılış oyununda NTD və "Zirvə Astara" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən matçdan öncə Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

 

Oyuna üstün başlayan NTD basketbolçuları yekunda parketdən 92:79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular NTD-dan Londel Kinq (36 xal, 11 ribaund), "Zirve Astara"dan isə Ruşard Kruikşenk (23 xal, 2 asist) olub.

 

Qeyd edək ki, turun "Gəncə" - "AAAF Xırdalan", "Olimpik Şəki" - "Sərhədçi PİK" və "Sabah" - "Neftçi İK" görüşləri müvafiq olaraq, 11, 12 və 13 fevralda baş tutacaq


Digər xəbərlər

Xəbər xətti