Dzyubanın yeni klubu bəlli oldu

22:47 8 Fevral 2023

Futbol üzrə Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyubanın yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı forvard “Lokomotiv” klubu ilə anlaşıb.

 

Tərəflər arasındakı müqavilənin bu mövsümün sonunadək nəzərdə tutulduğu bildirilir. Dzyuba yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

 

Artyomun son klubu Türkiyə “Adana Dəmirspor”u olub. Dzyuba mövsümün əvvəlində müqavilə bağladığı bu komandadan ötən ilin noyabrında ayrılmışdı. O, “Spartak” (Moskva), “Tom”, “Rostov”, “Zenit”, “Arsenal” (Tula) kimi klublarda da forma geyinib.


Digər xəbərlər

Xəbər xətti