Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub.
U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.
Qeyd edək ki, komandamız Antalyadakı ilk sınağında Tacikistanın U-20 komandasına 1:2 hesabıyla məğlub olmuşdu.