İngiltərə Premyer Liqasında 8-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Sportarena.az xəbər verir ki, günün yeganə matçı “Mançester Yunayted”lə “Lids” arasında baş tutub.
Mançesterdə baş tutan və dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.
Bu heç-heçədən sonra “Mançester Yunayted” 43 xalla üçüncü, “Lids” isə 19 xalla 16-cı pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası
8-ci turun oyunu
8 fevral
Mançester Yunayted – Lids 2:2
Qol: Raşford, 62. Sanço, 70 – Qnonto, 1. Varan, 48-öz qapısına.