PSJ kubokda mübarizəni dayandırdı - VİDEO

10:07 9 Fevral 2023

Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, bu gün 7 qarşılaşma baş tutub.

 

Səfərdə Marsel “Olimpik”i ilə qarşılaşan PSJ məğlub olaraq mübarizəni dayandırıb. Lion “Olimpik”i də “Lill”i doğma meydanda penaltilərlə üstələyib.

 

“Paris” – “Ansi” və “Anje” – “Nant” matçlarında da qalib penaltilər seriyasında müəyyənləşib. Hər iki oyunda qonaqlar üstün olublar.

 

Fransa kuboku

1/8 final

8 fevral

Olimpik (Marsel) – PSJ 2:1

 

Anje – Nant 1:1 (penaltilər 2:4)

 

Oser – Rodez 2:3

 

Olimpik (Lion) – Lill 2:2 (penaltilər 4:2)

 

Paris – Ansi 1:1 (penaltilər 5:6)

 

Tuluza – Reyms 3:1

 

Vyerzon – Qrenobl 0:1


Digər xəbərlər

Xəbər xətti