Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri Belçika millisindən ayrılıb.
Sportarena.az “Sporza” nəşrinə istinadən xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart açıqlama verib.
O bildirib ki, 46 yaşlı mütəxəssis milli komandadakı işini davam etdirmək istəməyib. Qurum rəsmisi veteran hücumçunun qərarına hörmətlə yanaşdıqlarını bildirib.
Anri buna qədər yığmada keçmiş baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsini icra edib.
AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alan Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko təyin olunub. İki komanda arasında ilk oyun sentyabrın 9-da Bakıda, növbəti matç isə noyabrın 19-da Brüsseldə keçiriləcək.