Reşford Runinin rekordunu təkrarladı

11:16 9 Fevral 2023

“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb.

 

Sportarena.az xarici KİV-ə istinadə xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın 8-ci turunun təxirə salınan görüşündə “Lids”ə qol vurmaqla bunu bacarıb.

 

26 yaşlı hücumçu 2012-ci ildən bəri “Old Trafford” stadionunda İngiltərə çempionatının ardıcıl 6 oyununda fərqlənən ilk oyunçu olub. Sonuncu dəfə bunu Runi bacarıb.

 

“Mançester Yunayted” – “Lids” oyunu 2:2 hesabı ilə başa çatıb.

 

Reşford 2022/23 mövsümündə Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti