“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam karyerasını davam etdirəcəyi klubu seçib.
Sportarena.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu cari mövsümün sonunda “Bayern”ə keçə bilər.
Öncədən fransalı oyunçu ilə “Liverpul”, “Arsenal” və “Tottenhem”in də maraqlandığı bildirilirdi.
Türam 2019-ci ilin iyulundan “Borussiya”da çıxış edir. O, 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.