Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində vəfat edib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat verib.
Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılıb. Lakin daha sonra 4 nəfərin cansız bədəni tapılıb.
Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı hazırda məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam edir.
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.