Paris-2024: Böyük Britaniya Rusiyaya qarşı

11:41 9 Fevral 2023

Böyük Britaniya rusiyalı idmançıların 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşıdır.

 

Sportarena.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə Krallığın baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi məlumat verib.

 

O, Böyük Britaniyanın məsələ ilə bağlı mövqeyinin bəlli olduğunu deyib:

“Bizim və bir çox ölkənin aydın mövqeyi var. Eyni səslə danışmağa davam etməliyik və bunu Beynəlxalq Olimpiya Komitəsinə çatdırmalıyıq”.

 

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil ediləcək.


Digər xəbərlər

Xəbər xətti