“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.
Sportarena.az xəbər verir ki, klubun bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər.
Kapitan Emin Mahmudov, həmçinin, digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə kömək ediblər.
Qeyd edək ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.