Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərindəki beynəlxalq turnirə qələbə ilə başlayıb.
Sportarena.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib.
Döyüş Hüseynovun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.
Yığmanın digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.