"Federasiyadan xahiş edirik, bizi mövsümün qalan hissəsi üçün bağışlasınlar. Davam edəcək vəziyyətdə deyilik".
Sportarena.az xəbər verir ki, bunu "Yeni Malatyaspor"un baş məşqçisi Yılmaz Vural "TV100"də verilişlərin birində deyib.
70 yaşlı mütəxəssis xalqın da futbol haqqında danışmaq istəmədiyini diqqətə çatdırıb: "Federasiyanın iclası olacaq. Qərar verəcəklər. Bu hadisələrdən təsirlənən komandalar var. Əcnəbi oyunçularımız şəhəri tərk edib. Yerli futbolçularımız evlərindədir. Buraya gətirə bilmirik. Biz bu yarışa davam edəcək vəziyyətdə deyilik".
Yılmaz Vural ötən mövsüm "Kastamonuspor"un sel fəlakəti səbəbindən mübarizəni davam etdirmədiyini xatırladıb: "Buna çoxlu misallar var. "Elazığspor" da ötən il eyni addımı atdı. Belə fəlakətdə işimiz nə qədər ön planda olacaq?.
Qeyd edək ki, "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan zəlzələdə həlak olub. Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.