PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa kubokunun 1/8 finalının “Marsel”lə matçından sonra (1:2) açıqlama verib.
Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, rəqibin böyüz təzyiq yaratdığını deyib:
“İkinci hissədə qol imkanları yarada bilmədik. Oyunu iki hissəyə bölüb, müqayisə etsək, deyə bilərik ki, rəqib böyük təzyiq göstərdi. Vacib məqamlardan istifadə edə bilmədik. Çox mənasız qollar buraxdıq. Daha sonra çox tələsik oynadıq.
Məyusuq. Lakin irəliyə baxmalı və bu acı məğlubiyyəti düşünməyi dayandırmalıyıq. Tez ayağa qalxmalıyıq. Elə etməliyik ki, məyusluq ağır yükə çevrilməsin. Edə biləcəyimiz heç nə yoxdur. Biz artıq kubokdan kənardayıq”.
“Marsel”in 1/4 finaldakı rəqibi püşkatmadan sonra bəlli olacaq.