“Valensiya”nın hücumçusu Edinson Kavani karyerasını Braziliyada davam etdirə bilər.
Sportarena.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, “Santos” klubu futbolçunun xidmətində maraqlıdır.
Braziliya təmsilçisinin prezidenti Andres Rueda uruqvaylı oyunçunun keçidi üçün ehtimalın olduğunu bildirib:
“Biz hələ də transferin gerçəkləşməsi üçün çalışırıq. Ehtimal var. Kavanidən bizimlə oynamaq istəyib-istəmədiyini soruşduq. Dəvət etdik ki, gəlib klubla tanış olsun. Kavani bu haqda düşünəcəyinə dair mənə söz verdi”.
Kavani 2022-ci ilin avqustunda “Valensiya”ya transfer olub. 35 yaşlı futbolçu cari mövsümdə La Liqada 13 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.