PSJ-nin hücumçusu Lionel Messinin qardaşı Matias Messi sosial şəbəkə hesabında paylaşım edib.
Sportarena.az xəbər verir ki, o, “Barselona” haqda səsləndirdiyi “Biz “Barselona”ya qayıtmaq fikrində deyilik. Qayıtsaq, yaxşı təmizlik işləri görəcəyik. Biz Xuan Laportanı qovacağıq” fikirlərinə görə üzr istəyib.
Daha sonra Matias Messi bunun zarafat olduğunu bildirib:
“Sosial media hesabımda dediyim sözlərə görə üzr istəyirəm. Sadəcə oğlum və dostlarımla zarafat edirdim. Həm qardaşım Leoya, həm də ailəmə çox müsbət təsir edən və böyük tarixə malik olan “Barselona” klubu haqda necə belə düşünə bilərəm? Kataloniya bizim ikinci vətənimizdir. Hamıdan, xüsusilə də, “Barselona” azarkeşlərindən çox üzr istəyirəm”.
Eyni zamanda, Matias öncədən La Liqa təmsilçisinin yalnız Lionel Messi vasitəsilə məşhurlaşdığını və “Barselona”nın muzeyi Leonun muzeyidir” deyib.
35 yaşlı argentinalı forvard 2005-2021-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. O, “Barselona”nın heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Hazırda Messi PSJ-də çıxış edir. Cari mövsümdə 25 oyuna çıxan oyunçu 15 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.