Zəlzələ: Türkiyədə daha bir voleybolçu həlak olub

17:37 9 Fevral 2023

Türkiyədə daha bir voleybolçu zəlzələ nəticəsində dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

 

Qurum "Malatya BBSK"da çıxış edən Murat Çiloğulların vəfat etdyini bildirib.

 

Qeyd edək ki, daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş və Emincan Kocabaş, həmçinin Betül Çoban Çakır ilə Bedrettin Çakır da həlak olub.


Digər xəbərlər

Xəbər xətti