Messi "Bavariya" ilə ilk oyunu buraxa bilər

21:29 9 Fevral 2023

PSJ-nin futbolçusu Lionel Messi Fransada Almaniya "Bavariya"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər.

 

Sportarena.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb argentinalı hücumçunun zədələnməsidir. Diz sümüyündən xəsarət olan 36 yaşlı forvardın "Monako"ya qarşı Liqa 1 matçında iştirak etməyəcəyi dəqiqdir.

 

Daha əvvəl Paris təmsilçisinin digər ulduzu Kilian Mbappenin Mühnen klubu ilə görüşdə meydana çıxmayacağı açıqlanıb.

 

Qeyd edək ki, PSJ - "Bavariya" oyunu fevralın 14-də olacaq.


Digər xəbərlər

Xəbər xətti