Fransa Kuboku: Son 1/4 finalçı “Lans” oldu

09:24 10 Fevral 2023

Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

 

“Loryan” doğma meydanda “Lans”la qarşılaşıb. Matçın əsas vaxtı heç-heçə bitdiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Lans” 1/4 finala yüksəlib.

 

Daha öncə Marsel və Lion “Olimpik”ləri, “Nant”, “Rodez”, “Ansi”, “Tuluza” və “Qrenobl” da 1/4 finala vəsiqə qazanmışdılar.

 

Fransa kuboku

1/8 final

9 fevral

Loryan – Lans 1:1 (penaltilər 2:4)


Digər xəbərlər

Xəbər xətti