“Neymar əlindən gələni etdi” – Qalte

09:32 10 Fevral 2023

PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa kubokunun 1/8 finalının “Marsel”lə oyunundan sonra (1:2) Neymar haqda danışıb.

 

Sportarena.az “time.news”-a istinadən xəbər verir ki, o, braziliyalı oyunçunun fasiləyə qədər “çərçivə”yə yaxşı zərbələr vurduğunu bildirib:

“Neymarın oyun üslubu? Fasiləyə qədər sərbəst zonalar tapdı və qapıya yaxşı zərbələr endirdi. İkinci hissə ona daha çətin gəldi. Neymar əlindən gələni etdi”.

 

31 yaşlı futbolçu 2022/23 mövsümündə paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti