“Barselona” müdafiəçi Serxio Roberto ilə müqavilənin müddətini uzada bilər.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sözləşmə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.
İspaniyalı futbolçu 2013-cü ildən Kataloniya təmsilçisinin formasını geyinir.
31 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.