Meksikanın “Tiqres” klubunda cəmi 40 gün çalışdıqdan sonra istefaya göndərilən Dieqo Kokka milli komandanın baş məşqçisi təyin olunub.
Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis Meksika Futbol Federasiyası ilə müqavilə imzalayıb.
Kokka yanvarın 1-də “Tiqres”in sükanı arxasına keçsə də, fevralın 9-da Meksika millisindən aldığı təklifi qəbul etməsi səbəbindən klubundan istefaya göndərilib. Argentinalını “Tiqres”də yerli mütəxəssis Marko Antonio Ruiz əvəzləyib.
Qeyd edək ki, ötən il Qətərdə keçirilən dünya çempionatından sonra Meksika yığmasının baş məşqçisi Xerardo Martino istefa verib.