“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Sportarena.az "Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində “23” nömrəli formada çıxış edəcək.
Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində 2 oyun keçirib.