Benzema finalda oynaya biləcək

10:36 10 Fevral 2023

"Real"ın baş məşqçisi Karlo Ançelotti Klublararası dünya çempionatının yarımfinalında Misirin "Əl-Əhli" (4:1) klubu üzərində qazanılan qələbəsən sonra zədəlilərlə bağlı məlumat verib.

 

Sportarena.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis "kral klubu"nun aparıcı forvardı Kərim Benzemanın finaldakı görüşdə oynayacağını bildirib:
 

"Kərim kifayət qədər sağlamdır. Lakin Eder Militao ilə bağlı şübhələr var. Onlar cümə günü məşq edəcəklər və biz onların vəziyyətinə baxacağıq. Karvaxal da məşqlərə qayıdacaq. Marko Asensio isə sağalır".
 

Qeyd edək ki, “Real” və “Əl-Hilal” klubları arasında keçiriləcək final matçı fevralın 11-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti