Avropa Klublar Assosiasiyası növbəti dəfə Superliqa ideyasına qarşı çıxıb

11:24 10 Fevral 2023

Avropa Klublar Assosiasiyası (ECA) Avropa Super Liqasının yenilənmiş layihəsi ilə bağlı bəyanat yayıb.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ECA növbəti dəfə bu ideyaya qarşı olduğunu bildirib.

 

Qeyd olunub ki, 2019-cu ildə bütün maraqlı tərəflər bu versiyanı irəli sürüb, məsələ müzakirə olunub və rədd edilib:

"İndi ortada ümumi Avropa maraqlarını təşviq edən tərəflər arasında aparılan konstruktiv işin sabitliyini pozmaq üçün qəsdən təhrif olunmuş və çaşdıran daha bir cəhd var. Son illərdə ECA UEFA, FIFA, konfederasiyalar, milli assosiasiyalar, liqalar, azarkeşlər, oyunçular və klublarla bir çox müstəvidə əməkdaşlıq edərək futbolun rifahı naminə mühüm irəliləyişə nail olub. 2024-cü ildən başlayaraq daha çox klub hər mövsüm avrokuboklarda iştirak edərək, öz gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Qadın futbolu, gənclər futbolçuların inkişafı və akademiyalarda da vacib irəliləyişlər müşahidə oluna bilər".

 

Qeyd edək ki, dünən Avropa Super Liqasının yenilənmiş layihəsi təqdim olunub


Digər xəbərlər

Xəbər xətti