Peşəkar Futbol Liqası (PFL) və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, 2022/2023 mövsümünün sonuna qədər Premyer Liqa və 1-ci divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq.
“InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.