Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qəbələ” - “Neftçi” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Sportarena.az xəbər verir ki, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.
“Sizinləyik, Türkiyə! Acınız, acımızdır!”, - bannerdəki yazıda qeyd edilib.