Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb

18:21 10 Fevral 2023

Türkiyənin "Yeni Malatyaspor" klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

 

O bildirib ki, Malatya təmsilçisindən sonra "Adanaspor"un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.

 

Daha əvvəl "Hatayspor" bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.

 

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.


Digər xəbərlər

Xəbər xətti