21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.
Hər iki qarşılaşma 20-27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.
Samir Əliyevin baş məşqçi olduğu kollektiv martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.