"Qarabağ" - "Gent" oyunu Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

19:53 10 Fevral 2023

"Qarabağ"ın Bakıda Belçika "Gent"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

 

"Qarabağ" - "Gent" matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

 

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.


Digər xəbərlər

Xəbər xətti