Dünya Kuboku: Azərbaycanın iki sablyaçısı əsas mərhələyə yüksəlib

23:29 10 Fevral 2023

Azərbaycanın daha 2 qadın sablyaçısı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun əsas mərhələsində mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, Səbinə Kərimova və Zərifə Hüseynova təsnifat görüşlərini qələbə ilə başa vuraraq, həlledici raunda yüksəlməyi bacarıb.

 

Qrupda 4 qələbəsi olan Kərimova ən güclü "64-lüy"ə çıxmaq uğrunda qarşılaşmada yerli idmançı Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Hüseynova isə almaniyalı Julika Funkeni 15:13 hesabı ilə məğlub edib.

 

Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta isə mübarizəyə əsas mərhələdən başlayacaq. O, italiyalı Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrupdan çıxsa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti