Əvvəllər "Çelsi"nin sahibi olmuş rusiyalı oliqarx Roman Abramoviç futbol sektoruna tez bir zamanda qayıtmaq istəyir.
Sportarena.az "Fanaticos"a istinadən xəbər verir ki, rusiyalı iş adamı Braziliyada klub almaq niyyətindədir.
İş adamının nəzərdən keçirdiyi variantlardan biri də ikinci divizionda çıxış edən “Londrina” klubudur.
O, həmçinin "Atletiko Mineyro" və "Sao Paulo" klubları ilə də maraqlanır.