UEFA prezidenti Aleksander Çeferin Azərbaycana təşəkkür edib.
Sportarena.az xəbər verir ki, sloveniyalı funksioner bu barədə Avropa futbol qurumunun rəsmi saytına açıqlama verib.
O, Türkiyədəki zəlzələdə zərər çəkənlərə dəstək verən UEFA-ya üzv milli assosiasiyalara minnətdarlığını bildirib.
Qeyd edək ki, AFFA Türkiyə Futbol Federasiyasının (TFF) ictimaiyyətə müraciətini nəzərə alaraq, dərhal qurumun bank hesabına 500 000 Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürüb.