“Milan” İtaliya çempionatları tarixində 3000-ci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, bu, A seriyasının XXII turunda “rossonyerlər”in “Torino” üzərində 1:0 hesabı ilə qalib gəldiyi görüşə təsadüf edib.
Bununla milanlılar 3000 matç həddinə çatan 4-cü komanda olublar. Ona qədər “İnter”, “Roma” və “Yuventus” bu göstəricini keçməyi bacarıblar. “Milan” ölkə çempionatında keçirdiyi qarşılaşmaların 1458-də qələbə qazanıb, 879 dəfə heç-heçə edib və 663 oyunda məğlub olub.
“Milan” eyni zamanda “Torino” ilə görüşdə 7 oyunluq qələbə həsrətinə son qoyub. Komanda buna qədər son 7 matçın ikisində bərabərə qalıb, beşində isə rəqibinə uduzub