Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, Almaniya və Latviya yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə matçında iş başında olacaq.
E. Səmədli Rumıniyadan olan hakimlər briqadasının işini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma martın 3-də gerçəkləşəcək.