Türkiyədə daha iki voleybolçu zəlzələ nəticəsində vəfat edib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
Federasiya qadınlardan ibarət “Adıyaman Gənclərbirliyi” komandasında çıxış edən Qamze Naz Cücük və Emine Arslanın zəlzələnin dağıntıları altında qalaraq vəfat etdiyini bildirib.
Daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş, Emincan Kocabaş, Murat Çiloğullar, Betül Çoban Çakır və Bedrettin Çakır da zəlzələdə ölüblər.