İranın daha bir idmançısı xarici ölkəyə sığınıb

15:07 11 Fevral 2023

İranın buzadırmanma üzrə milli komandasının keçmiş üzvü Zeynəb Kübara Musəvi İsveçrəyə sığınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb.

Dünya ikincisi olan qadın idmançı 2019-ci ilin qışında alpinizm federasiyasının siyasətinə və hərəkətlərinə etiraz etdiyinə görə, beynəlxalq yarışlara göndərilmədiyi üçün milli komandadan ayrılsa da, iki ildən sonra yenidən yarışlara qayıdıb.

 

Qeyd edək ki, müxtəlif idman növlərində medallar qazanan İran millisinin bir çox idmançısı son illər xarici ölkələrə sığınıb. Bu, əvvəllər hökumətin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olurdusa, son vaxtlar daha çox ölkədə etirazçılara qarşı repressiyaların güclənməsi ilə bağlı olub.


Digər xəbərlər

Xəbər xətti