Konfans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" növbəti itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Belçika klubununun serbiyalı hücumçusu Darko Lemaiç yenidən zədələnib.
Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Adıçəkilən futbolçudan əvvəl isə Tarik Tissudali, Vadis Odjija-Ofoe, Matiss Samuaz, Nuriu Fortuna və Endryu Yulsager zədə səbəbindən oyunlarda iştirak edə bilmirlər.
“Qarabağ” – “Gent” matçı fevralın 16-da Bakıdakı “Tofiq Bəhramov” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.