"Real" gələn həftə yarımmüdafiəçi Daniel Sebalyos ilə müqavilə müddətini uzada bilər.
Sportarena.az “Marca”ya istinadən xəbər verir ki, futbolçunun özü də ispan klubunda qalmaq istəyir.
“Kral klubu”nun təklifi onu qane edir.
"Real" yaxşılaşdırılmış şərtlərlə Seblayosla 4 illik müqavilə imzalamağa hazırlaşır.
26 yaşlı futbolçu "Betis" yetirməsidir və 2017-ci ildə "Real"a keçib.