“Hakim 200 faizlik penaltini vermədi”.
Sportarena.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis tərəflərin güzəştə getmədiyini bildirib:
“Matç çox çətin alındı. Qapı dirəyinə dəyən qol epizodlarımız oldu. Maraqlı mübarizə izlədik. Hər iki komanda şanslar yaratdı”.