Mahir Emreli Super Liqa klubuna keçir

20:22 11 Fevral 2023

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiya və Türkiyə mətbuatı məlumat yayıb. 

 

Superliqa təmsilçisinin 25 yaşlı hücumçu ilə razılığa gəldiyi və müqavilə imzalamağa yaxın olduğu bildirilib. Onun bu mövsümün sonuna kimi icarə əsasında "Konyaspor"da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ olacaq.

 

Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından Zaqreb təmsilçisində oynayır.


Digər xəbərlər

Xəbər xətti