“Zirə” qış transfer dönəmində Ukraynadan daha bir futbolçunu heyətində cəlb edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Eldar Quliyevlə müqavilə imzalanıb.
20 yaşlı oyunçu paytaxt təmsilçisi ilə 3,5 illik sazişə qol çəkib. Ukraynanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü olan Azərbaycan əsilli Quliyevin son klubu “Minay” olub. Donetsk “Şaxtyor”unun yetirməsi daha əvvəl Ukraynada “Mariupol”un da formasını geyinib.
Qeyd edək ki, “Zirə” qış fasiləsində Kiyev “Dinamo”sundan Vladislav Kulaçla anlaşıb. Həmçinin, Vild Donald Gerye və Abbas İbrahim də mövsümün ikinci yarısını Rəşad Sadıqovun rəhbərliyi altında keçirəcəklər.